“Şuşa-Qarabağ”dan azakeşlərə jest: Oyunları pulsuz izləmək olacaq.Milli.Az xəbər verir ki, “Şuşa-Qarabağ” futbol klubunun müşahidə şurasının komandanın 2016-2017-ci ildə 1-ci divizionda ev sahibi olaraq rəqib klubları hansı stadionda qəbul etməsi ilə bağlı iclası keçirilib.
İclasda bir neçə stadion, futbol bazası təklif olunub. Nəhayət, Masazırda yerləşən “Əlincə” stadionu bütün texniki şərtlərə uyğun gəldiyi üçün bu stadionla müqavilə bağlamaq qərara alınıb.
Klubun prezidenti Güləli Bağırov bildirib ki, onlar 2016-2017-ci il mövsümündə bütün futbol sevənləri “Əlincə” stadionunda görməkdən məmnun olacaqlar.
Klubun mətbuat xidməti rəhbərinin müavini Günel Rüstəmovanın sözlərinə görə, iclasda alınan digər bir qərara əsasən isə, “Şuşa-Qarabağ” komandasının oyunlarını izləmək üçün gələn azarkeşlərə üzvlük kartları paylanacaq. Bu kartları alan şəxslər komandanın ev sahibi olduğu, eləcə də rəqib sahədə keçirəcəyi oyunları əlavə pul ödəmədən izləyə biləcəklər.

““Şuşa-Qarabağ”dan azakeşlərə jest” üçün bir cavab

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir