”Şuşa-Qarabağ” Peşəkar Futbol klubunun yeni prezidenti seçildi.23 may 2016-cı ildə keçirilən iclasda Azərbaycanın ” Şuşa-Qarabağ” futbol klubu yeni prezidentini rəsmən açıqlanıb. “Report”un klub saytına istinadən verdiyi məlumata görə, bundan sonra kluba sahibkar Güləli Qəhrəman oğlu Bağırov rəhbərlik edəcək. G.Bağırov seçkilərdə 30 səs toplayaraq prezident postuna layiq görülüb. O, digər namizədləri cəmi 23 səs qabaqlayıb. Klubun sabiq rəhbəri N.Qasımov isə 7 səs yığıb. Qeyd edək ki, bundan əvvəlki prezident Nadir Qasımov 2009-cü ildən kluba rəhbərlik edirdi. Şuşa-Qarabağ Peşəkar Futbol klubunun yeni prezidenti G.Bağırov onuda qeyd edib ki, Ermənistanın “Kirs-Şuşi”, Krasnodar vilayətində erməni diasporasının yaratdığı və maliyyələşdirdiyi “Naş-Şuşa” futbol komandalarının mövcudluğu fonunda Azərbaycanda “Şuşa-Qarabağ” FK yenidən bərpa olunması cox vacibdir.Ötən illər ərzində Azərbaycanda “Şuşa-Qarabağ” FK-nun maliyyə səbəbindən fəaliyyətinin dayandırılması çox üzücüdür və ölkəmizin siyasi maraqlarına ziddir. Ona görədə Klubun yeni prezidenti G.Bağırov bildirib ki : “Şuşa-Qarabağ” klubunun nəinki Azərbaycanda hətta beynəlxalq arenalarda iştirak etməsi yolunda bütün təcrübə və gücünü sərf edəcək. Tanınmış mütəхəssis Qasımov Nadir “Şuşa-Qarabağ”futbol klubuna baş məşqçi təyin olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir