“Şuşa-Qarabağ”ın prezidenti: “…biz də bank təminatı verməyəcəyik “
“Şuşa-Qarabağ”ın prezienti Güləli Bağırov PFL prezidenti Ramin Musayevin bu gün jurnalistlərlə görüşündəki açıqlamalara münasibət bildirib. Futbolinfo.az saytına açıqlamasında o, bunları söyləyib:
“Əvvəla, Ramin Musayevi yenidən prezident seçilməsi münasibəti ilə təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayıram. Digər məsələyə gəlincə, “Şuşa-Qarabağ”ın maliyyə baxımdan heç bir problemi, sıxıntısı yoxdur. Biz rəsmi olaraq AFFA-ya sorğu göndərmişik. Sorğuda divizionda hansı şərtlər əsasında çıxış etməyin mümkünlüyü soruşulur. Hələ ki, sorğumuza rəsmi olaraq cavab almamışıq. PFL-in mətbuat xidmətinin rəhbəri açıqlamasında ya sponsor, ya da bank təminatı məsələsinin vacibliyini qeyd etmişdi. Biz də “BİO AGRO NS” şirkətinin klubumuzun sponsoru olması ilə bağlı 300 min manatlıq təminat məktubunu AFFA-ya təqdim etmişik. Bu sənəd keçərsizdisə, bank təminatı verməyə də hazırıq. Klubun rəhbərliyində təmsil olunan şəxslər Azərbaycan Respublikasının qanunlarının aliliyinə inanan insanlardı. Ancaq şərtlər digər klublar üçün keçərli olmalıdı. Bu, təkcə “Şuşa-Qarabağ” üçün nəzərdə tutulsa, o zaman biz də bank təminatı verməyəcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir