Azərbaycan klubunda yeni təyinatlar
Azərbaycan klubunda yeni təyinatlar Yeni yaranan “Şuşa-Qarabağ” komandası 2016/2017-ci mövsümündə Azərbaycan çempionatının birinci divizionunda mübarizə aparmaq üçün sıralarını gücləndirir. Aut.az xəbər verir ki, şuşalılar heyəti formalaşdırmaq üçün seleksiya işlərinə də start verib.
Baş məşqçi Nadir Qasımovun rəhbərliyi ilə iyulun 1-dən etibarən yeni qurulan heyətlə təlim-məşq toplanışı nəzərdə tutulub. Komanda toplanış üçün ya ölkə xaricinə, ya da Zaqatalaya yollanacaq. Qasımovun saytımıza verdiyi məlumata görə, heyətə legioner futbolçuların da cəlb olunacağı istisna deyil. Premyer Liqaya yüksəlməyi hədəfləyən “Şuşa-Qarabağ” hazırda əcnəbi futbolçularla da danışıqları davam etdirir.
Klubla bağlı digər xəbər isə komandanın ev oyunlarını keçirəcəyi stadionla bağlıdı. Bizə verilən məlumata görə, klub rəhbərliyi Masazırda yerləşən “Əlincə” stadionu icarəyə götürüb. Müqavilənin şərtlərinə əsasən, şuşalılar 1 il müddətində təbii ot örtüyü olan arenada ev oyunlarını keçirəcək.
Bundan başqa “Şuşa-Qarabağ”ın İdarə Heyəti də formalaşır. Belə ki, “Simurq”un sabiq vitse-prezidenti Vaqif Əliyev bundan sonra şuşalıların uğuru üçün çalışacaq. Təcrübəli mütəxəssis klubda prezident Güləli Bağırovun köməkçisi kimi fəaliyyət göstərəcək. Bundan başqa Səməd Təbrizli də klubda eyni vəzifəni daşıyacaq. Komandanın menecerinin kim olduğun gəlincə, bu, futbol ictimaiyyətinə Günel Rusman kimi tanınan Günel Rüstəmovadı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir